Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AÇ-2020 çərçivəsində keçirilən Finlandiya ilə matçda huşunu itirib.
Fanat.Az xəbər verir ki, hadisə hazırda davam edən görüşün 42-ci dəqiqəsində baş verib.
Kristiana heç kim toxunmadığı halda, özündən gedərək yerə sərilib.
Oyun saxlanılıb və həkimlər Eriksenin həyatını xilas etmək üçün meydana çıxıb. Oyunçunu ayağa qaldırmaq mümkün olmadığından o, stadiondan çıxarılıb.
Fanat.Az