Bu gün AVRO-2020 çərçivəsində Kopenhagendə keçirilən Danimarka - Finlandiya oyununda təmas olmadığı halda huşunu itirən və qospitala çatdırılan Kristian Eriksenin son durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytında Danimarka millisinin ayrımmüdafiəçisinin vəziyyətinin stabilləşdiyi barədə informasiya yerləşdirilib. Yarımmüdafiəçinin agenti isə başqa bir mənbəyə müştərisinin nəfəs aldığını və danışdığını bildirib.
Qeyd edək ki, B qrupunun oyunu sözügedən olay üzündən 42-ci dəqiqədə dayandırılıb.
Atilla