"Necə böyük bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, "Neftçi" ilə birgə çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum. Çalışacağam ki, "Neftçi"nin əsas heyətində möhkəmlənim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Samir Məsimov deyib.
Gənc futbolçu Moskva "Lokomotiv"indən ayrılmasının səbəblərindən danışıb: "Rusiyada legioner futbolçu hesab olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim Azərbaycandı və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin buradakı karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və "Neftçi"də böyük nailiyyətlərə imza atmaq istəyirəm".
Fanat.az