"Neftçi"dən ayrılan qapıçı Səlahət Ağayev "Sabah" klubuna keçib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Səlahət Ağayev 2017-ci ildən "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"dan başqa "İnter" (İndiki "Keşlə"), MOİK və "Sumqayıt" klublarının şərəfini qoruyub, Azərbaycanın əsas millisində 19 oyun keçirib.
Fanat.Az