"Vəziyyət dəyişməz olaraq qalır".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın vəziyyəti ilə bağlı danışarkən deyib.
40 yaşlı mütəxəssis klubun transfer çalışmaları ilə bağlı isə bunları söyləyib: "Yalnız yolları ayırdığımız oyunçular var. Komandaya yeni cəlb etmək istədiyimiz futbolçularla bağlı heç bir məlumat yoxdur. Bir-iki futbolçu ilə danışıqlar gedir. Onların isə klubları ilə müqaviləsi var. Hələlik nəsə açıqlaya bilmirik".
Qeyd edək ki, ölkə çempionatında son mövsümün autsayderi bu yay Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ruslan Hacıyev, Urfan Abbasov və Amil Yunanovla vidalaşıb.
Röya