Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, F qrupunun görüşləri ilə I tura yekun vurulub.
Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olub. Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edib.
Topu gözlənildiyi kimi, daha çox özündə saxlayan və tez-tez qol vəziyyətləri yaradan Portuqaliya istəyinə matçın sonlarında çatıb. 84-cü dəqiqədə rəqib qapısına yol tapan Krişrianu Ronaldunun komandası 3:0 hesablı darmadağına sevinib. Şərəfini qoruduğu yığmanın ikinci və üçüncü qollarının müəllifi olan Ronaldu "ölüm qrupu"ndakı ilk görüşdə fərdi uğur da qazanıb. Belə ki, o, Avropa çempionatlarında ən çox qol vuran oyunçu qismində tarixə düşüb - 11 top.
Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirib. Münhendəki eyniadlı arenada baş tutan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. İlk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələn tərəflərin duelindən fransızlar qalib çıxıb. Hummelsin öz qapısına vurduğu qol matçın taleyini müəyyənləşdirib.
Avropa çempionatı
Qrup mərhələsi
F qrupu, I tur
15 iyun
Macarıstan - Portuqaliya 0:3
Qollar: Rafael Gerreyro, 84; Kriştianu Ronaldu, 87; 90+2
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Budapeşt, "Puşkaş Arena".
Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 14. Gergo Lovrençiç, 15. Laslo Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.
Portuqaliya: 1. Rui Patrisiu, 2. Nelson Semedu, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kriştianu Ronaldu (k), 10. Bernardu Silva, 11. Brunu Fernandeş, 13. Danilo, 14. Vilyam Karvalyu, 21. Dioqo Jota.
Fransa - Almaniya 1:0
Qol: Mats Hummels, 20-ö.q.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Münhen, "Münhen Futbol Arenası".
Fransa: 1. Üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 19. Kərim Benzema, 21. Lukas Hernandes.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 25. Tomas Müller.
Fanat.Az