16:49 15.06.2021 864

Xanım azarkeşlərdən AVRO-2020 proqnozu

Fanat.Az xanım futbol azarkeşləri arasında sorğu keçirib. Onlar AVRO-2020-də azarkeşlik etdiklərini komandaların adlarını saytımıza açıqlayıblar. 
 
Sevinc Məmmədova: "Mənim ilk izlədiyim Avropa çempionatı AVRO-2004 olub. Elə o vaxtdan bütün beynəlxalq yarışlarda İngiltərə millisini dəstəkləyirəm. Bunun da əsas səbəbi "Liverpul" azarkeşi olmağımdır. "Liverpul"un kapitanı Stiven Cerrard, müdafiəçi Ceymi Karraqerə görə o vaxtdan İngiltərə millisini dəstəkləyirəm. Ancaq güclü heyətləri olmasına baxmayaraq, illərdir 1/4 final mərhələsindən o yana keçə bilmirlər. İnanıram ki, bu il tilsimi qırmağı bacaracaqlar". 
 


Sevinc Novruzova: "Kollektiv idman oyunları arasında həqiqətən ilk pillədə qərarlaşan bu oyunun cazibəsi bu gün milyonlarla insanı yaşıl meydanlara və televizi­ya ekranları qarşısına toplayır. Bu cəhətdən Azərbaycan da istisna deyil. Ölkəmiz çılğın azarkeşləri, insanları­nın futbola böyük marağı ilə həmişə seçilib. Futbol turnirləri bizim üçün bayramdır və bir futbol azarkeşi olaraq. Cari Avropa çempionatını böyük maraqla izləyirəm. Artıq demək olar ki, qrup mərhələsinin ilk dövrəsi başa çatmaq üzrədi. 
 
İtaliya millisinin Türkiyə seçməsi üzərində qələbəsi gözlənilən idi. Qardaş ölkənin futbolçuları qorxaq oyunla turnirin əsas favoritlərindən birinə məğlub oldu. Halbuki, İtaliya millisinə qarşı layiqli mübarizə apara bilərdilər. Ümid edirəm Türkiyə millisi qarşıdakı oyunlarda layiqli nəticələr qazanıb qrupdan çıxmağı bacaracaq.
 
Belçikanın Rusiya millisini aşkar üstünlüklə məğlub etməsi, İngiltərə millisinin DÇ-2018-in vitse-çempionu Xorvatiya üzərində qələbəsi, bu millilərin də favoritlər arasında olmasını bir daha sübut etdi. Son Avropa çempionları Portuqaliya, son iki dünya çempionu Fransa və Almaniya milliləri də bu gün turnirdə ilk oyunlarını keçirəcəklər. Bizi hələ çox maraqlı oyunlar gözləyir . 

Sözsüz ki, mənim də bu turnirdə favorit komandam var. Bu, Niderland millisidir. Ukrayna ilə keçən gərgin oyunda Niderland həqiqətən çox baxımlı oyun göstərdi. Ən sevdiyim futbolçulardan biri olan Niderland yığmasının kapitanı Virgil van Dijkin meydanda olmaması və Ukrayna millisinin güclü müqavimətinə baxmayaraq, hollandlar 3 xalı əldə etdilər. Mənə görə Niderland - Ukrayna qarşılaşması cari mövsümdə hələ ki, baş tutan oyunlar arasında ən maraqlı görüş idi. Ümid edirəm, qarşıdakı oyunlar daha maraqlı olacaq və layiq olan milli Avropa çempionu adını qazanacaq".

 
 
Aynur Səfərova: "Azarkeşlik etdiyim komanda İspaniyadır. Daha sonra Türkiyə, Uels millisidir. Turnirin favoriti isə mənə görə İspaniya yığmasıdır".
 

 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X