"İtaliyaya qarşı pis oyunla, pis nəticə əldə etdik. Həyat davam edir. Təəssüflənmək əvəzinə işləməliyik. Uelsə yığmasına qarşı daha yaxşı oyun və nəticə əldə etməyi hədəfləyirik".
Fanat.Az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, son iki görüşdəki nəticələr qrupdan çıxmağa kifayət edə bilər: "Daha yaxşı nəticələr gözləyirik. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"
Fanat.Az