AVRO-2020-nin F qrupu çərçivəsində baş tutan Fransa - Almaniya oyununda (1:0) maraqlı olay yaşanıb.
Fanat.Az xəbər verir ki, epizodların birində Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger birinci hissənin sonlarında rəqib komandanın yarımmüdafiəçisi Pol Poqbanın çiynini dişləyib.
Dişləyəndən sonra Rüdiger Poqbanı qucaqlasa da, Fransa millisinin üzvü hakimə qaydanın pozulduğunu bildirib. Mraqlıdır ki, ispan referi Karlos del Serro Qrande almaniyalı oyunçuya qırmızı vərəqə verməyib.
Oyun başa çatandan sonra isə meydanda insident yaşayan futbolçular qısa söhbətdən sonra qucaqlaşıblar.
Atilla