Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedici komandası toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, ilk matçda Rusiya təmsilçisi "Lokomotiv"lə (0:2) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə Kuveytin U-21 millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolu Murad Musayevin aktivinə yazılıb. O, matçın 21-ci dəqiqəsində penalti vuruşundan fərqlənib. "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.
Qeyd edək ki, Luis Araqonun yetirmələri növbəti oyununu sabah "Antalyaspor"un U-19 komandasına qarşı keçirəcək.
Fanat.az