Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu AVRO-2020 iştirakçıları arasında uzun müddət millinin kapitanlıq sarğısını daşıyan futbolçudur.
Bu barədə Fanat.Az-a "Qızıl top"un azərbaycanlı jürisi Rasim Mövsümzadə məlumat verib.
Tanınmış idman jurnalistinin tərtib etdiyi statistika ilə tanış olun:
Kriştianu Ronaldu (Portuqaliya) - 119 oyun (2007-ci ildən)
Huqo Lloris (Fransa) – 102 (2010)
Goran Pandev (Ş. Makedoniya) – 64 (2005)
Robert Levandovski (Polşa) – 59 (2013)
Marek Hamşík (Slovakiya) – 52 (2009)
Simon Kyer (Danimarka) – 46 (2016)
Eden Hazard (Belçika) – 45 (2015)
Luka Modriç (Xorvatiya) – 43 (2015)
Manuel Noyer (Almaniya) – 43 (2014)
Tim Sparv (Finlandiya) – 34 (2015)
Harri Keyn (İngiltərə) – 33 (2017)
Fanat.Az