"Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan "Dinamo”su ilə Tbilisidə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.
Fanat.Az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də "Bakcell Arena”da keçiriləcək.
Fanat.Az