09:00 18.06.2021 879

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Səbuhi Səfiyarlı şərh edir

Azərbaycan və Türkiyə arasında bütün sektorlarda bağlar möhkəmlənib, bir çox sahələrdə müqavilələrə imza atılıb. Hətta iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə giriş-çıxışa da icazə verilib. 

Bəs futbolumuz bu fürsətdən yararlana biləcəkmi?

Hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri imzalayırsa, AFFA da Türkiyə Futbol Federassiyası (TFF) ilə danışıqlara başlamalıdır.

Bir sıra futbolçularımız məhz əcnəbi statusuna görə karyerasını Türkiyədə davam etdirə bilməyib. Baxmayaraq ki, yaxın keçmişdə azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması üçün danışıqlara cəhd olunmuşdu. Lakin alınmadı. Ancaq indiki şəraitdə AFFA TFF ilə razılığa gələrək "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər. 

Fanat.Az olaraq təklifimizlə bağlı mütəxəssislərin də fikrini öyrənməyə qərar verdik. 

Bu dəfə "Neftçi", "İnter" və "Qəbələ"dəki fəaliyyəti ilə tanınmış Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O, AFFA və TFF arasında razılıq əldə olunarsa, bu anlaşmanın hansı şərtlər üzərində qurulmasının daha faydalı olacağını izah etdi və öz təklifini səsləndirdi: 

"Əslində çox yaxşı təklifdir. Futbolumuza mütləq bir dəstək lazımdır. Çünki indiki vəziyyətdə öz axarına buraxsaq, bu problemlərin həll olması biraz uzun çəkəcək. Xüsusilə də, biz yığma komandanı gücləndirmək istəyiriksə, xaricdə oynayan futbolçularımızın sayı çox olmalıdır. Ona görə bu məsələdə Türkiyənin yardımına çox ehtiyacımız var. Amma Türkiyə hardasa öz futbolunun, gənclərinin bir hissəsini qurban verərək bu qərarı alacaq. Bizim futbolçuların daha çox Superliqa yox, PTT Liqasında oynaması ilə bağlı qərarın alınmasını istərdim. Çünki hələ Superliqada oynayacaq səviyyədə futbolçumuz yoxdur. Bizim futbolçular ən yaxşı halda PTT Liqasında oynaya biləcək səviyyədədir. 

Azərbaycanlı futbolçular Türkiyədə legioner sayıldığına və orada legioner limiti sərtləşdirildiyinə görə Türkiyə klubları da təbii ki, daha çox afrikalı, braziliyalı futbolçulara üstünlük verir. Bu futbolçulardan daha çox şey gözlədikləri üçün limiti onlara sərf edirlər. Etiraf edək ki, biz hələ özümüzü təsdiq eləməmişik. Ona görə də həmin yeri azərbaycanlı futbolçuya sərf etmək istəmirlər. 

Bir neçə dəfə türk klublarının nümayəndələri ilə görüşlərdə "azərbaycanlı futbolçular legioner sayılmasaydı, komandaya götürmək olardı. Legioner statusu ilə oynamaq üçün zəifdilər. Biz həmin qiymətə Braziliyadan daha yaxşı futbolçu gətirə bilirik" deyiblər.

Ona görə də legioner statusu ləğv olunsa, bu, bizim futbolumuza çox böyük kömək olacaq. Amma bizim futbolçular yerli sayıldıqları üçün gedib hansısa türk futbolçunun yerini tutacaq və bunun da türk futbolunun özünə ziyanı olacaq. Necə ki, biz deyirik ki, legionerlər gətirirlər, gənclərimiz kənarda qalır, eyni şey də Türkiyədə başlayacaq. Belə bir qərarın alınması bizə çox sərf edərdi, amma Türkiyə Futbol Federasiyasına sərf edəcəkmi, bilmirəm. TFF nələrisə bizim futbolumuzun inkişafı üçün qurban verməyə hazırdısa, bu, çox yaxşı qərar olar. Təklifə gəlincə, yenə də deyirəm, bizim futbolçuların Superliqada yox, PTT Liqasında legioner sayılmaması çox köməyimizə gələr". 
 
Əli Sahib 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X