AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Ukrayna - Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna yığmasının hücumçusu Andrey Yarmolenko bu görüşün ən yaxşısı seçilib.
31 yaşlı futbolçu bu matçda qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşdə kapitan Yarmolenko bir qol vurub, digər qolda da məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Yarmolenko hazırda İngiltərənin "Vest Hem” klubunda forma geyinir.
Fanat.Az