AVRO-2020-nin B qrupunda keçirilən Danimarka - Belçika oyununda belçikalı fanatlar alqışalayiq addımla yadda qalıb.
Fanat.Az xəbər verir ki, hazırda ikincisi hissəsi oynanılan qarşılaşmanı canlı izləyən azarkeşlər məlum şəkildə ölümdən dönən Kristian Eriksenə dəstək olub.
Belçika tərəfdarları rəqib komandanın yarımmüdafiəçisi üçün üzərinə "Belçika Kristianı sevir" yazılmış banner açıb.
Qeyd edək ki, hazırda ikinci yarısı keçirilən görüşdə danimarka 1:0 hesabıyla qalib gəlir.
Atilla