AÇ-2020-nin C qrupunda keçirilən Niderland - Avstriya matçının ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi Denzel Dyumfris görüşün ən yaxşısı seçilib.
25 yaşlı futbolçu matçın 67-ci dəqiqəsində vurduğu qolla "narıncılar"ın 2:0 hesablı zəfərinə töhfə verib.
Dyumfris ilk turda Ukraynaya 3:2 hesabıyla qalib gəldikləri görüşdə də matçın ən güclü bəndi elan olunmuşdu. Daha öncə Belçika yığmasının hücumçusu Romelu Lukaku hazırda davam edən AÇ-2020-də iki dəfə oyunun ən yaxşısı ünvanına sahib çıxıb.
Qeyd edək ki, Denzel Niderlandın PSV klubunda top qovur.
Fanat.Az