"Mahir məşqlərdə ortaya qoyduğu keyfiyyətini oyunda da göstərməyi bacardı. Yaxşı texnikaya malikdir, meydanı görmək bacarığı vurğulanmalıdır, son vuruşları effektlidir. Əla zərbələri var".
Fanat.Az xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç deyib.
O, Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə dünən keçirdikləri sınaq matçında het-trik edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından danışıb:
"Emreli rəqibin cərimə meydançasına girməyi xoşlayan oyunçudur. Bu da o deməkdir ki, Mahirin yanında ikinci hücumçu olsa, çıxışı daha faydalı alınar. Topla yaxşı oynadığı üçün 3-5-2 sisteminə də uyğun gəlir".
Qeyd edək ki, görüş "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Debüt oyununda 60 dəqiqə forma şansı qazanan Mahir 6-cı, 22-ci və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Fanat.Az