16:15 18.06.2021 1049

"Qrupumuz ən güclü komandaların olduğu qrupdur" - Millimizin meneceri

Voleybol üzrə qadınlar ibarət milli komandamız Avropa çempionatında iştirak edəcək. 

Komandamızın turnirə necə hazırlaşdığını öyrənmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət etdik. 

Fanat.Az-a açıqlama yığmanın meneceri Oksana Kurt millimizin çempionat üçün hazırlıqlara başladığını bildirdi. Onun sözlərinə görə, pandemiya səbəbindən bir müddət məşqlərdən kənar qalan oyunçularımız artıq öz formalarını bərpa edirlər: 

"Uzun fasilədən sonra yenidən yarış ab-havasını yaşamaq, rəsmi oyunlara çıxmaq çox gözəl hisslərdir. Məlum səbəblərdən komandalarımız uzun müddət məşqsiz və yarışsız qalmışdı. Qızlarımızın Qızıl Avropa Liqasına hazırlaşmaq üçün çox az vaxtları oldu. Azərbaycan Voleybol Federasiyasının və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki həftə Mingəçevirdə təlim-məşq toplanışı keçdik və rəsmi yarışa yola düşdük. Gənc oyunçular ilk dəfə idi ki, milli komandanın heyətində rəsmi oyunlara çıxırdılar. Fikrimcə, daha yaxşı oyun göstərə bilərdik. Nəzərinizə çatdırım ki, 2020/21 mövsümündə komandamızın bir neçə oyunçusu həm məşq etmiş, həm də yarışlarda iştirak etmişdi. Qızıl Avropa Liqasında aparıcı oyunçularımızın çoxu iştirak edə bilmədi. 
 


Hazırda məşqlərimizi Bakıda davam edirik. Qarşıda bizi Avropa çempionatı gözləyir. Hazırlıq üçün kifayət qədər vaxtımız var. Oyunçularımız öz formalarını bərpa edirlər. Mingəçevirdə və ölkə xaricində təlim-məşq toplanışlarımız olacaq. Bir neçə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Avropa çempionatında komandamızın heyətində daha təcrübəli oyunçular yer alacaq. Düşünürəm ki, qızlarımız bu oyunlarda yaxşı çıxış edəcəklər. Rəqiblərimiz haqqında onu deyə bilərəm ki, qrupumuz ən güclü komandaların yer aldığı qrupdur. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Biz də onlardan zəif deyilik. Avropa çempionatında zəif komanda olmur. Ona görə də çalışmalıyıq ki, bütün görüşlərdə yaxşı oyun göstərək".

Qeyd edək ki, ardıcıl 9-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi A qrupunda mübarizə aparacaq. Belqradda keçiriləcək yarışda rəqiblərimiz ev sahibi Serbiya, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Avropa çempionatının final mərhələsinə 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. Həlledici oyunlar avqustun 18-dən sentyabrın 4-dək baş tutacaq.

Onu da qeyd ki, turnirin B qrupunda Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan, C qrupunda Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə, D qrupunda isə Rumıniya, Türkiyə, Niderland, Ukrayna, İsveç, Finlandiya yığmaları mübarizə aparacaq.
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X