AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Xorvatiya - Çexiya matçının ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının məğlubiyyətdən xilas olmasında və 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Madrid "Real”ının formasını geyinən Modriç Xorvatiya yığmasında ən çox oyun keçirmiş futbolçudur.
Fanat.Az