Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen xəstəxanadan evə buraxılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq üçün əməliyyat olunan 29 yaşlı futbolçunun özünü yaxşı hiss etdiyi bildirilib. Xəstəxanadan çıxan Eriksen əvvəlcə milli komandanın düşərgəsinə baş çəkib, onları AÇ-2020-dəki son oyunda qazandıqları xal münasibətilə təbrik edib. Daha sonra o, ailəsinin yanına yollanıb.
İyunun 12-də Kristian ölümdən dönüb. Yarımmüdafiəçinin Finlandiya ilə B qrupunun ilk matçında ürəyi dayanıb. Həkimlərin uğurlu müdaxiləsi sayəsində həyatı xilas edilən oyunçu xəstəxanaya yerləşdirilib dünən əməliyyat edilib.
Fanat.Az