AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə - Şotlandiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya yığmasının 20 yaşlı yarımmüdafiəçisi Billi Gilmor matçın adamı ünvanına sahib çıxıb.
Gənc futbolçu bu oyundakı əzmkar çıxışı ilə komandasının 1 xal qazanmasına töhfə verib.
Qeyd edək ki, İngiltərə - Şotlandiya matçı qolsuz bərabərliklə bitib.
Fanat.Az