00:54 20.06.2021 1018

AVRO-2020: Fransa büdrədi, Portuqaliya uduzdu, Polşa İspaniyadan xal aldı

Sabah Avropa çempionatında (AÇ-2020) qrup mərhələsinin 2-ci turu çərçivəsində daha üç oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, öncə F qrupu çərçivəsində Macarıstan və Fransa milliləri üz-üzə gəlib. 

Birinci görüşdə Almaniyanı tək qolla yenən Fransa bu oyundan qalib ayrılsaydı, 1/8 finala vəsiqə qazanacaqdı. Lakin Budapeştdə oynayan Mcarıstan "Puşkaş Arena"nı dolduran yerli fanatların dəstəyi altında "xoruzlar"a uduzmayıb - 1:1.
 
Qrupun digər matçında Portuqaliya və Almaniya milliləri güclünü müəyyənləşdirməyə çalışıb. Qrupdakı İlk matçında macarlara 3 cavabsız qol vuran Portuqaliya da qalib gəlsə, növbəti mərhələyə yüksələcəkdi. Amma Almaniya inamlı oyun sərgiləyərək 4:2 hesablı zəfərə sevinib.
 
İkinci turun son dueli isə İspaniya və Polşa yığmaları arasında baş tutub. Öncəki turda İsveçlə 0:0 hesablı heç-heçə edən ispanlar Robert Levandovskili rəqibini yenməyi bacarmayıb. İspaniya təmsilçisi hesabı 25-ci dəqiqədə açsa da, üstünlüyünü qoruya bilməyib. İlk xalını Levandovskinin baxımlı qolu sayəsində "buğalar"dan alan polşalılar hər şeyi son tura saxlayıb. Elə ispanların da taleyi qrup mərhələsinin 3-cü turunda müəyyənləşəcək.
 
Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Avropa çempionatı
Qrup mərhələsi, II tur
19 iyun

F qrupu

17.00 Macarıstan - Fransa 1:1 
Qollar: Atilla Fiola, 45+2 - Antuan Qrizmann, 66 
Baş hakim: Maykl Oliver (İngiltərə).
Budapeşt. "Puşkaş Arena".
 
Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 7. Loik Neqo, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 15. Laslo Klaynhaysler, 20. Roland Salai, 21. Endre Botka.
Fransa: 1. Üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 18. Lukas Din, 19. Kərim Benzema.


20.00 Portuqaliya - Almaniya 2:4 
Qollar: Kriştianu Ronaldu, 15; Dioqo Jota, 67 - Ruben Dias, 35-öz qapısına; Rafael Gerreyru, 39-öz qapısına, Kay Haverts, 51; Robin Qosens, 60
Baş hakim: Entoni Teylor (İngiltərə).
Münhen. "Münhen Arena".
 
Portuqaliya: 1. Rui Patrisiu, 2. Nelson Semedu, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyru, 7. Kristianu Ronaldu (k), 10. Bernardo Silva, 11. Brunu Fernandeş, 13. Danilo, 14. Vilyam Karvalyu, 21. Dioqo Jota.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 25. Tomas Müller.


E qrupu

23.00 İspaniya - Polşa 1:1 
Qollar: Alvaro Morata, 25 - Robert Levandovski, 54
İstifadə olunmayan penalti: Cerard Moreno, 58 (dirək)
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya. "Estadio La Cartuja" stadionu.
 
İspaniya: 23. Unai Simon, 4. Pau Torres, 6. Markos Lyorente, 7. Alvaro Morata, 8. Koke, 9. Xerard Moreno, 16. Rodri, 18. Jordi Alba (k), 19. Dani Olmo, 24. Aymerik Laporte, 26. Pedri.
Polşa: 1. Voytsex Şensnı, 5. Yan Bednarek, 9. Robert Levandovski (k), 11. Karol Sviderski, 14. Mateuş Klix, 15. Kamil Qlik, 16. Yakub Moder, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 21. Kamil Yuzvyak, 26. Tımoteuş Puxaç.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X