Almaniyanın kansleri Angela Merkel koronavirusun yayıldığı dönəmdə AVRO-2020-nin matçlarına stadionlara bu qədər azarkeşin gəlməsini qınayıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkə başçısı Fransa prezidenti Emanuel Makronla birgə keçirdiyi mətbuat konfransında çıxış edib.
Koronavirusun yeni ştammı "Delta"nı müzakirə edən kansler Almaniya əhalisinin çox faizinin peyvən olunduğunu deyəsə də, virusun yeni ştammı "Delta"nın xəstəliyin dinamikasına təsir etdiyini də qeyd edib.
O, Lissabonu misal gətirərək "koronavirus artıq geridə qalıb" düşüncəsinə qapılmağın yalnış olduğunu bildirib.
Qeyd edək ki, AVRO-2020-nin oyunları Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Sevilya, Qlazqo və Budapeşt şəhərlərində keçirilir.
Aygün