Danimarka millisinin hücumçusu Andreas Skov Olsen AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Rusiya ilə keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.
Fanat.Az BT-yə istinadən xəbər verir ki, forvard belə danışıb:
"Belçika ilə oyundakı enerji ilə mübarizə aparmalıyıq. Rusiya müdafiədə sıxlıq yaratsa, sürətli hərəkət etməli, müdafiəçilərdən yayınmalı və qapıya zərbələr endirməliyik. Qələbə üçün mübarizə aparacağıq. Təbii ki, müdafiədən oynayan rəqibə qarşı həmişə çətin olur. Amma istənilə halda, səbirli olsaq, qol epizodları yarada biləcəyimizə əminəm. Ələ düşən şanslardan maksimum faydalanmağı bacarmalıyıq".
İlk iki turdan sonra B qrupunun lideri 6 xala malik Belçika yığmasıdır. 3 xalı olan Rusiya şəxsi oyundakı nəticəyə görə Finlandiyanı qabaqlayırsa, xal qazana bilməyən Danimarka sonuncudur.
Atilla