00:41 21.06.2021 927

İtaliya millisi Avropa çempionatlarında ilkə imza atdı

İtaliya yığması AÇ-2020-də qrup mərhələsini yüzfaizlik nəticə ilə başa vurdu.
 
Fanat.Az xəbər verir ki, Roberto Mançininin komandası Türkiyə (3:0) və İsveçrənin (3:0) ardından Uelsə də 1:0 hesabıyla qalib gəldi.
 
Beləcə, italyanlar qrup mərhələsini qol buraxmadan və +7 top fərqi ilə başa vurdular. Hələlik, bu Avropa çempionatında yüzfaizlik nəticə ilə irəliləyən yeganə komanda məhz "skuadra adzurra”dır.
 
İtaliya millisi AÇ-2000-də də oxşar uğura imza atmışdı. Həmin qitə birinciliyində də italyanların qalib gəldiyi komandalardan biri Türkiyə olmuşdu – 2:1. Bu kollektivin digər "qurbanlar”ı isə Belçika (2:0) və İsveç (2:1) yığmaları olmuşdu.
 
İtaliya kimi, Niderland millisi də tarixində iki dəfə AÇ-nin qrup mərhələsini üç qələbə ilə başa vurub. Bu, AÇ-2000 və AÇ-2008-ə təsadüf edib.
 
Fransa (1984), Portuqaliya (2000), Çexiya (2004), İspaniya (2008), Xorvatiya (2008) və Almaniya (2012) yığmaları isə hərəyə bir dəfə belə uğura imza atıb. Lakin Mançininin rəhbərlik etdiyi İtaliya millisi digərlərindən fərqli olaraq, ilk dəfə qrup mərhələsini qol buraxmadan yüz faizlik nəticə ilə başa vurub.
 
İtaliya millisi ümumiyyətlə son 11 oyununda qapısından qol buraxmayıb. Sözügedən komandanın məğlubiyyətsiz oyunlar seriyası isə artıq 30 matça çıxıb. Bununla da italyanlar tarixi rekordlarını təkrarlayıblar. İtaliya yığması 1935-1939-cu illər aralığında da Vittorio Pozzonun rəhbərliyi altında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına imza atmışdı. Yeri gəlmişkən, italyanlar bu mütəxəssisin rəhbərliyi altında 1934 və 1938-ci illərdə Avropa çempionu olublar.
 
Bu Avropa çempionatında ən azı növbəti bir oyunda da uduzmayacağı təqdirdə, İtaliya millisi tarixi rekorda imza atmış olacaq. 
 
Xatırladaq ki, italyanlar sonuncu dəfə 2018-ci ilin sentyabrında məğlubiyyətə üzülüblər. Həmin vaxt bu komandanı UEFA Millətlər Liqasında Portuqaliya yığması 1:0 hesabıyla məyus edib.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X