00:03 21.06.2021 705

Türkiyə millisindən antirekordlar

AÇ-2020-ni Türkiyə millisi üçün fiasko adlandırmaq olar. 

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan "ay-ulduzlular” İtaliya (0:3) və Uelslə (0:2) oyunlarından ardından, son turda İsveçrəyə də 1:3 hesabıyla uduzdu.
 
Beləcə, Şenol Şünəşin çalışdırdığı kollektiv qitə birinciliyi ilə erkən vidalaşdı. Xalsız və tək qolla qrup sonuncusu olan qardaş ölkə yığması bu turnirdə bir sıra antirekordlara da imza atıb.
 
Belə ki, Türkiyə millisi vurulan və buraxılan topların fərqinə görə qitə birinciliklərinin ən pis beş göstəricisindən birinə imza atıb. Avropa çempionatları tarixində bu günə kimi ən pis beş göstərici belədir:
 
AÇ-2000. Danimarka (0-8)
AÇ-2004. Bolqarıstan (1-9)
AÇ-2012. İrlandiya (1-9)
AÇ-1984. Yuqoslaviya (2-10)
AÇ-2020. Türkiyə (1-8)
 
Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında ilk dəfə ardıcıl üç oyundan məğlub ayrılıb. Bununla qardaş ölkənin yığması ikinci dəfə qitə birinciliyində ardıcıl üç matçda uduzub. "Ay-ulduzlular” AÇ-1996-da da qrup matçlarından xalsız ayrılmışdı. Türkiyə yığması Danimarkadan sonra iki AÇ-dən xalsız ayrılan ikinci komanda oldu. Danimarkalılar da AÇ-1988 və AÇ-2000-dəki bütün oyunlarından məğlub ayrılmışdı.
 
Türkiyə yığması İsveçrə ilə oyunda AÇ çərçivəsində tarixinin ən erkən qolunu buraxdı. Haris Seferoviç 6-cı dəqiqədə (5.39) fərqlənməklə qarşılaşmada hesabı açdı. Bununla da o, Türkiyə millisinin tarixinə düşüb.
 
Yeri gəlmişkən, Türkiyənin qapısına vurulan digər iki qolun müəllifi Cerdan Şakiri də İsveçrə yığmasının tarixinə düşüb. O, bu komandanın heyətində dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, 2014 və 2018-ci illərdə təşkil olunmuş dünya çempionatlarında, həmçinin AÇ-2016-da da qol vurmağa nail olmuşdu.
 
İsveçrə yığmasının vurduğu hər üç qolun məhsuldar ötürməsini verən Stiven Zuber də tarixə düşüb. 29 yaşlı futbolçu qitə birinciliyində bir oyunda üç qol ötürməsi verən üçüncü futbolçuya çevrilib. Daha öncə bunu Mixael Laudrup (1984 - Yuqoslaviya) və Rui Koşta (2000 – İngiltərə) bacarmışdı. Hazırda AÇ-2020-nin qol ötürməsi rekordu məhz Zuberə məxsusdur.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X