Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.
FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol