"Neftçi” klubu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" yerli "Olimpiya” (Lyublyana) komandası ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə 20:00-da start götürəcək görüş "Neftçi" TV kanalı vasitəsi ilə canlı yayımlanıb. Hesabı Namik Ələsgərovun 2-ci dəqiqədə vurduğu qolla açan Bakı təmsilçisi yekundaq 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, paytaxt klubu toplanış çərçicəsində iyunun 25-də Macarıstan "Fehervar"ı, 29-da isə Moskva "Spartak”ı ilə qüvvəsini sınayacaq.
Fanat.Az