"Santos" "Milan"da forma geyən Robinyonu Braziliyaya qaytarmaq istəyir.
İdman24.az xəbər verir ki, klub rəsmisi "Milan"ın Robinyo üçün istədiyi yüksək məbləğdən şikayət edib: "Robinyonun meneceri və "Milan"la görüşdük. Çox pul istəyirlər. Bunu qarşılaya bilmərik".
"Milan"ın Robinyo üçün 9 milyon avro istədiyi bildirilir.
İdman24.az