Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək "Sumqayıt"ın hazırlıq planı bəlli olub.
Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Rəşad Məmmədov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, "Gənclik şəhəri" təmsilçisi iyul ayının 2-dən 16-na qədər Türkiyənin Qızılcahamam vilayətində təlim-məşq toplanışı keçəcək. Komanda "Cam Hotel"də məskunlaşacaq. Bu müddətdə 4 yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Heyətə gəlincə isə, hələki yeni müqavilə yoxdur. Komandanın hücumçuya ehtiyacı olduğu üçün danışıq apardığımız bir-iki futbolçu var".
Qeyd edək ki, "Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki” komandası ilə qarşılaşacaq. Həmin görüş iyulun 21-də keçiriləcək.
Röya