"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın "Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar bakılılarla sınaq matçından imtina edib.
Bu üzdən "ağ-qaralar” iyunun 24-də Sloveniyanın "Domjale” klubu ilə qarşılaşacaq. "Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites”də məskunlaşan son Azərbaycan çempionu bu toplanışdakı ilk yoxlama oyununu iyunun 21-də "Kodeljevo Sport Ljubljana” stadionunda yerli "Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). Flaqman iyunun 29-u Moskva "Spartak”ı ilə üz-üzə gələcək.
Fanat.Az