Amerika Kuboku: Braziliyadan növbəti qələbə - VİDEO
Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Rio-de-Janeyronun "Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib. Braziliyanın qollarına Roberto Firmino və Kazemiro imza atıb. Kolumbiyanın təsəlli qolunu isə Luis Dias vurub.
Qrupun digər matçında Ekvadorla Peru qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müyyənləşməyib.
Ekvador millisi Renato Tapianın aqvtoqolu ilə yanaşı, Airton Presyadonun qoluna sevinib. Perunun qollarına isə Canluca Lapadula və Andre Karrillo imza atıb.
Qeyd edək ki, Braziliya yığması B qrupunda 9 xalla birinci yeri tutur. 2-3-cü yerlərdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıb. Ekvadorla Venesuella 2 xalla son pillələri bölüşür.