Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin zədələnib.
Fanat.Az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi bu gün Sloveniyanın "Domjale” klubu ilə yoxlama matçında sıradan çıxıb.
Sınaq matçında start "11-lik"də meydana çıxan futbolçu qasıq nahiyyəsindəki ağrılar səbəbindən 36-cı dəqiqədə yerini Ömər Buludova vermək məcburiyyətində qalıb. 24 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olduğuna qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Neftçi” "Domjale”yə 1:2 hesabıyla uduzub.
Fanat.Az