Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AVRO-2020-nin 1/8 finalında Uelsə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Matçı səbirsizliklə gözləyirik. Qrup mərhələsindəki 3 emosianal görüşdən sonra bu oyunla bağlı gözləntilərimiz böyükdür. 2016-cı ildə yarımfinala yükəldiklərini də nəzərə alaraq, rəqibə böyük hörmətlə yanaşırıq. Uelslilər öz millilərini hamılıqla dəstəkləyirlər".
Qeyd edək ki, Danimarka və Ules arasındakı oyun sabah Amsterdamdakı "Yohan Kruiff Arena"da keçiriləcək.
Atilla