Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolşun ilk peşəkar döyüşünün vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı idmançı avqustun 14-də rinqə çıxacaq. Gənc boksçunun orta çəkidə üz-üzə gələcəyi rəqibin adı isə indilik bəlli deyil.
Məhəmməd Əli 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi tarixə düşüb. O, 2016-cı ildə, 74 yaşında vəfat edib.
Fanat.Az