"Neftçi"nin oyunu çox xoşuma gəldi. Rəqib çox güclü komandadı. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Metallurq"un (Zaparoje) baş məşqçisi Oleq Taran deyib.
Ukraynalı mütəxəssis təmsilçimizin heyətində 4 futbolçunu fərqləndirib: "Neftçi" kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq".
Fanat.az