AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İtaliya - Avstriya matçının (2:1) ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsola matçın ulduzu elan edilib.
28 yaşlı futbolçu inamlı çıxışı ilə yanaşı, komandasının vurduğu ilk qolun ötürməsini də verib.
Fanat.Az