11:09 28.06.2021 870

"Təklif olsaydı, dəyərləndirərdim" - Səməd Nəsibov

"Qəbələ"nin sabiq marketinq-meneceri Səməd Nəsibov klubdan ayrıldıqdan sonra futbol camiəsini də tərk etib. 
 
2 ildir futboldan uzaq qalan Səməd bəy Fanat.Az saytına müsahibəsində bir sıra maraqlı məqamlara aydınlıq gətirib. 

- Bildiyim qədərilə Türkiyədə təhsil almısınız və fərqli sahələrdə çalışmısınız. "Qəbələ" klubuna gəlişiniz necə oldu?
-  Bəli, Türkiyədə Beynəlxalq münasibətlər üzrə təhsil almışam. Uşaq vaxtı futbola böyük həvəsim var idi. Oğlan uşaqlarının əksəriyyəti kimi mən də futbolçu olmaq istəyirdim. Amma atamın futboldan zəhləsi gedirdi. Hətta izləməyə belə icazə vermirdi. Həmişə deyirdi ki, futol sənə nə çörək verəcək, nə də su. Beynəlxalq münasibətləri oxuduqdan sonra magistatura və doktoranturanı da bitirib Bakıya qayıtdım. Azərbaycan universitetində, Türkiyə səfirliyinin mətbuat müşavirliyində, Azərbaycan-Türkiyə İş Adamları Dərnəyinin diaspora komitəsi kimi yerlərdə işləmişəm. 2009-cu il idi. 6 ay idi komitədə işləyirdim "Gilan Holdinq"də çalışan dostlarımdan biri dedi ki, ingilis direktor "Qəbələ" klubununa Media və Marketinq üzrə mütəxəssis axtarır. Təhsilim bu üzrə olmasa da, mətbuat xidmətində işləmişdim, diaspora komitəsinin özü də bir növ dövlətin piarı ilə məşğul olurdu. Elə dostum vasitəsi ilə ingilis direktorla danışdım. Mənə "Qəbələ" üçün marketinq strategiyası hazırlamağı tapşırdı. Hazır olduqdan sonra görüşdük. Hazırladığım çox xoşuna gəldi. Elə onun vasitəsi ilə Fariz Nəcəfovla görüşdük, Tale Heydərovun da təsdiqini alıb başladım "Qəbələ"də işləməyə. 

- Və uşaqlıqdan sevdiyiniz futbol sahəsində işə başladınız. Necə duyğu idi? O illəri necə xatırlayırsınız?
- Təsəvvür edin də hisslərimi. Deyir niyyətin hara, mənzilin ora. Atamı 1996-cı ildə itirmişəm. Həmişə onun "Futbol sənə çörək verməyəcək" sözü yadıma düşürdü. Amma hardasa 10 il futbol mənə çörək verdi. Deyirdim rəhmətlik sağ olsaydı, görərdi ki, elə futbol mənə çörək verir. Bir növ uşaqlıq arzularım reallaşdı. Düzdür, futbolçu ola bilmədim, amma onun içində oldum. Ona görə çox xoş idi orda işlədiyim illər. 

- Bəs niyə klubdan ayrıldınız?
- "Qəbələ" işlədiyim 10 ildə çox böyük tədbirlər gördük, böyük sponsorluqlara imza atdıq. Heç birinin "Qəbələ"nin təsisçiləri ilə əlaqəsi yoxdur. Təvazökarlıqdan uzaq olsa da, hamısı mənim qolumun gücünə olan bir şey idi. Ondan əlavə Anar Hacıyevlə mətbuatla əlaqələr işinə baxırdıq, böyük tədbirlər təşkil edirdik. Qəbələ Kuboku turnirləri, "Jalə" Kuboku, 3 dəfə Qəbələdə boks turniri təşkil etdik. Fariz Nəcəfovun Matyas Berqlə görüşü,  "Euronews"da Qəbələdən canlı yayımı oldu. Bu kimi böyük tədbirlərin ideyasından tutmuş zalın tərtibatı, masaların düzülməyi, stulların daşınması, bir sözlə A-dan Z-yə qədər hər işin içində özüm olmuşam. Ancaq nə ictimaiyyətdən, nə rəhbərlikdən kimsə mənə demədi ki, böyük bir məsuliyyətn altına girmisən. Qəbələdən canlı yayım etmək özü böyük bir məsuliyyət, stress idi. İdmançıların önündə bayraq tutan xanımlara belə nəzarət edirdim ki, birdən başqa ölkənin bayrağını götürərlər. Bütün bu sınaqların hamısından üzü ağ çıxdım. Amma "Qəbələ"nin maliyyə problemləri ilə bağlı getdikcə büdcə daraldı və bizim departamentə də təsir etdi, hətta büdcə sıfıra yaxınlaşdı. Bu da elə bir işdir ki, pulla istehsal olunan sahədir. Düzdür, pulsuz da ediləcək işlər var idi. Məsələn, qürurla deyə bilərəm ki, "Qəbələ"də fan-şopu mən qurdum, 2011-ci ildə ilk dəfə onlayn satış etdim. Amma maliyyə olmaması insanın fəaliyyətini daraldır. Fəaliyyət olmayan yerdə qalmağın da anlamı olmur. İndi klubun daxilini bilmirəm, amma mətbuatdan izlədiyim qədərilə maliyyə sıxıntıları yenə var. Ümid edirəm ki, yaxın zamanda toparlanarlar. Çünki orda çox gözəl işlər görülüb.

- "Qəbələ"dən ayrıldıqdan sonra futboldan da uzaqlaşdınız... 
- Açığı, heç bir təklif olmadı. Elə "Qəbələ"dən ayrılan kimi də öz media şirkətim "SAMEDİYA"nı qurdum. Bir neçə uğurlu sayılacaq işlər görmüşük. Hazırda Baş prokurorluq üçün xidmət göstəririk, Yeni Azərbaycan Partiyası üçün işlər görmüşük. Partiyanın sifarişi ilə 2019-cu ildə cənab prezindent İlham Əliyevin ad günü təbrikini biz hazırladıq. Biraz öz sahəmə, öz işlərimə yönəldim. Təklif olmayıb, olsaydı yəqin ki, dəyərləndirərdim. Futbol həyəcanı başqa bir şeydir. 

- Anladığım qədərilə indiki işiniz maliyyə baxımından daha sərfəlidir. Hansısa klubdan təklif olsa, bu işinizi ikinci plana qoyub futbolu həyatınızda yenidən ön plana çəkərsiniz?
- Təbii ki, rahatdır. Bəzən daha az qazansanız belə insanın öz işini görməyinin rahatlığı başqadır. Amma futbolun həyəcanı var. Düşünürəm ki, o həyəcanı yaşamağa hələ enerjim var, yaşlanmamışam. Ancaq real bir şey olmadan nəsə demək çətindir. 

- Bəs özünüz cəhd etmisinizmi, hansısa lahiyə hazırlayıb klublara müraciət etmisinizmi?
- Açığı, yox. Bəlkə də edə bilərdim. Nəsə bir iş görə bilərdim. Bəlkə də "Qəbələ" ilə olan keçmişimə görə eləməmişəm. Hansısa söz-söhbətlər yaranar filan. Amma yenə də dediyiniz kimi, lahiyə kimi etmək olardı. 

- Biraz da futboldan danışaq. Ölkə çempionatını, millimizin oyunlarını izləyirsinizmi? 
- Düzü, son mövsümü elə çox izləməmişəm. Bir neçə oyuna baxmışam. Üzücü olsa da, deməliyəm ki, mən işlədiyim dövrlə çox fərq var. Səviyyənin aşağı endiyi hiss olunur. Düzdür, rəqabət baxımından bu il maraqlı oldu. Həmişə çempionatın bitməsinə 5-6 həftə qalmış "Qarabağ"ın çempionluğu rəsmiləşirdi. Bu il "Neftçi" və "Qarabağ" arasındakı rəqabət son illərdə belə olmamışdı. Bu baxımdan finiş həyəcanlı oldu. Amma ümumi bütün komandaları götürəndə futbol keyfiyyəti get-gedə daha da aşağı enir. Çox təəssüf. Millimizə gəlincə, kaş daha güclü olardılar. Bizim oynadığımız Finlandiya, Makedoniya belə AVRO-2020-də çıxış edir. Biz də orda ola bilərdik. 

- AVRO-2020 demişkən, azarkeşlik etdiyiniz, Avropa çempionatının favoriti hesab etdiyiniz komanda varmı?
- Hamı kimi mən də Türkiyəyə azarkeşlik edirdim. Təəssüf ki, bizi məyus etdilər. Türkiyədən başqa azarkeşlik etdiyim komanda yoxdur. Amma bir nəfər dostumla mərcə girmişəm ki, bu il Belçika çempion olacaq. Ona görə məcbur Belçikaya azarkeşlik edirəm... (gülür).

 - Səməd bəy, Fanat.Az belə bir təkliflə çıxış edir ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ və legioner statusunun aradan qaldırılmasına nail ola bilər. Sizcə, Azərbaycanlı futbolçuların qardaş ölkədə əcnəbi statusu götürülsə, futbolumuz bundan nə qazanar?
- Düşünürəm ki, yaxşı addım ola bilər. Çünki biri var 3 nəfərlə rəqabət aparasan, biri də var 10 nəfər arasında rəqabətdən önə çıxırsan. Təbii ki, belə daha güclü olacaqsınız. 3 nəfər arasında bəlkə də öz potensialını çox göstərə bilmiyəcəksən, tənbəllik edəcəksən. Ona görə də belə bir qərarın verilməsini müsbət hal kimi qiymətləndirirəm. Aşağı liqalarda olsa belə, bizim futbolçuların gedib Türkiyədə oynaması müsbət hal olar. Amma ölkədən kənara çıxmamaqla nə futbolumuz qazanar, nə də futbolçular özlər inkişaf etməyəcək. 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

Facebookdan bizi izləməyi unutmayın.
X