"Səbail"dən ayrılan Hendrik Ekşteynin karyerasını vətəni CAR-da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Orlando Pirates" klubuna keçir. Artıq futbolçu ilə klub arasında ilkin razılıq da əldə edilib.
Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə CAR-ın "Kayzer Çiefs" klubundan "Sabah"a keçib. 2020-ci ildə "Səbail"ə üz tutan futbolçu son mövsümdə 23 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hendrik Ekşteyn 2015-ci ildə CAR-ın əsas millisində 2 oyun keçirib.