Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın növbəti mövsümə harda başlayacağı hələ də qeyri-müəyyəndir.
Fanat.Az-ın məlumatına görə, son mövsümü "Zirə"də başa vuran Almeyda daha yaxşı maddi şərtlərlə müqavilə bağlaya biləcəyi klub axtarsa da, indilik heç nə dəqiqləşməyib.
Hazırda Riçardın meneceri bir neçə xarici klubla danışıq aparır ki, onların da arasında BƏƏ-nin 1, Türkiyənin 2 təmsilçisi var. Lakin adları açıqlanmayan bu klubların heç biri Riçardın istədiyi məbləği ödəməyə razılaşmır.
Hazırda Azərbaycanda olan yarımmüdafiəçi özünə başqa iş yeri tapmayacağı halda, karyerasını "Zirə"də davam etdirəcək.
Atilla