Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedici komandası toplanış çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" bu dəfə "Antalyaspor"un U-19 komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Meydançaya 19 yaşadək futbolçulardan ibarət heyətlə çıxan "Qəbələ" qarşılaşma boyu daha üstün oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Antalyada Moskva "Lokomotiv"i (0:2) və Küveytin U-21 millisi (1:0) üz-üzə gəlib. Təmsilçimiz növbəti oyunda sabah çıxacaq və Ukrayna "Şaxtyor"unun əvəzedici heyəti ilə üz-üzə gələcək.
Fanat.az