AVRO-2020-nin 1/8 final mərhələsində baş tutan İsveç - Ukrayna (1:2) matçının ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna millisinin 24 yaşlı yarımmüdafiəçisi Aleksandr Zinçenko oyunun ən yaxşısı elan edilib.
Komandasının ilk qolunu vuran Zinçenko qələbə qolunun da ötürməsini verib.
Qeyd edək ki, Zinçenko İngiltərənin "Mançester Siti” klubunda çıxış edir.
Fanat.Az