AVRO-2020-nin 1/8 finalında İsveçi 2:1 hesabıyla yenərək adını 1/4 finala yazdıran Ukrayna yığması rekord müəyyənləşdirib.
Fanat.Az "Opta Joe"yə istinadən xəbər verir ki, Andrey Şevçenkonun komandası Avropa çempionatları tarixində ən gec vurulan qələbə qoluna imza atıb.
Belə ki, Ukraynanın 24 yaşlı hücumçusu Artyom Dovbik 120 dəqiqə 37-ci saniyədə fərqlənib. Öncəki rekord Mişel Platiniyə məxsus idi. Fransa yığmasının sabiq ulduzu 1984-cü ildə keçirilən qitə birinciliyində Portuqaliyanın qapısına 118 dəqiqə 53-cü saniyədə yol tapmışdı.
Atilla