"Real”ın yarımmüdafiəçisi Toni Kroos Almaniya millisindəki karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild” nəşri özəl mənbəyə istinadən xəbər yayb. İddiaya görə, Almaniya millisinin lideri bu günlərdə qərarını rəsmən açıqlayacaq.
31 yaşlı orta sahə oyunçusu Bundestimin AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyə məğlubiyyətindən (0:2) sonra belə qərar qəbul edib.
Qeyd edək ki, Toni Kroos 2010-cu ildən formasını geyindiyi Almaniya millisinin heyətində 106 oyuna çıxıb, 17 qol vurub.