"Tambov"la bu ilin fevralında imzaladığı müqavilənin müddəti başa çatan Azər Əliyev Rusiyada klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi azad agent statusu ilə 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər formasını geyindiyi "Ufa”ya keçib.
İnformasiyanı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. Əliyev müddəti 2022-ci ilin yayına qədər olan müqaviləyə qol çəkib.
Fanat.Az