Son mövsümü "Zirə"də başa vuran Riçard Almeydanın növbəti "futbol ili"ndə harda başlayacağı böyük maraq doğurur. Hazırda "Zirə" ilə məşq edən Azərbaycan millisinin braziliyalı yarımmüdafiəçisinin ölkəmizdə qalmaq ehtimalı da var. Son vaxtlar "sambaçı"nın yenidən "Qarabağ"a qayıdacağı ilə bağlı da söz-söhbətlər dolaşır.
Ağdam klubunun direktoru Əmrah Çəlikəldən bu məsələyə aydınlıq gətirməsini istədik. Çəlikəlin Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Ehtimal həmişə var. Amma bu gün üçün Almeydanın "Qarabağ"a qayıtması gündəmdə deyil. Onun yenidən heyətə qatılması müzakirə edilməyib".
Atilla