Rusiya prezidenti Vladimir Putin hokkey və futbol yığmalarının uğursuzluğundan danışıb.
Fanat.Az xəbər verir ki, "Pryamaya liniya"da idmandakı fiaskoya münasibət bildirən Putin vəziyyətə belə şərh verib:
"İdmanda mükafatlar da olur, uğursuzluq və yenilgilər də... Amma hokkey və futbol yığmalarının gözlənilənləri edə bilməməsi diqqətdən kənarda qalmamalıdır. Xırdalıqlara varmayacağam. Mütəxəssislərimiz var. Mən sambo və cüdo üzrə idman ustası olsam da, hokkeylə futbol barədə eyni sözləri deyə bilmərəm. Mütəxəssislərə inanmaq lazımdır. Nəyi və necə dəyişmək lazım olduğunu müzakirə etməliyik. Məyusluğa qapılmadan yolumuza davam etməliyik. Potensialımız var".
Qeyd edək ki, futbol üzrə Rusiya millisi AVRO-2020-də qrupda qalıbsa, sözügedən ölkənin hokkey yığması dünya çempionatında aparıcı oyunçuları meydana çıxmayan Kanadaya uduzaraq mübarizəni dayandırıb.
Atilla