Yeni mövsümə hazırlıqlarını davam edirən "Qalatasaray"ın düşərgəsini özəl qonaqlar ziyarət edib.
Fanat.az xəbər verir ki, İstanbul klubunun əsfsanəvi futbolçuları Georgi Hacı və Georgi Popesku komandanın məşq düşərgəsi olan Floryaya gələrək keçmiş komandalarına baş çəkiblər.
Rumıniyalı keçmiş futbolçular baş məşqçi Fatih Terimlə birlikdə "Qalatasaray"ın məşqini izləyiblər.
Qeyd edək ki, Hacı 1996-2001, Popesku isə 1997-2001-ci illərdə "Qalatasaray"da çıxış edib.