Bu gün Antalyada 4-cü yoxlama görüşünə çıxmağı planlaşdıran “Qarabağ” istəyinə çatmayıb. Fanat.az xəbər verir ki, Bələkdə yağan leysan Ukrayna “Volın”ı ilə matçın təxirə salınmasını şərtləndirib.
“İC Santai” otelinə məxsus meydanda top dığırlamağın mümkünsüzlüyü bəlli olduğundan, Qurban Qurbanovun komandası dəniz kənarında qaçmaqla kifayətlənib.
Xatırladaq ki, yanvarın 7-dən Türkiyədə bir araya gələn Premyer Liqanın lideri sabah Bakıya qayıdacaq.
Fanat.az