Azərbaycan Paralimpiya komandası Tokio-2020-də rekord sayda idmançı ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, paralimpiyaçılarımız Yay Oyunlarına bu günədək 31 lisenziyanı rəsmiləşdirərək, tarixdə ən yüksək göstəricimizi müəyyənləşdirib.
İndiyə qədər 6 Paralimpiadaya qatılan Azərbaycan komandası Oyunlarda ən yaxşı halda 22 nəfərlə təmsil olunub ki, bu, sonuncu belə yarışa - Rio-2016-ya təsadüf edib.
Tokioya lisenziyalardan 11-i cüdo, 8-i atletika, 4-ü taekvondo, 3-ü üzgüçülük, 3-ü pauerliftinq, 2-si güllə atıcılığı növündə əldə olunub.
Lisenziyaların sayının artması istisna olunmur.
Qeyd edək ki, koronavirus səbəbindən təxirə salınan Tokio-2020 XVI Yay Paralimpiya Oyunları bu il avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Sahib Əsədbəyli